Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ağacəkmə aksiyası keçiriblər

Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin yaratdığı və miras qoyduğu nəcib və ibrətamiz ənənələri şərəflə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakının Bilgəh qəsəbəsinin ərazisində ağacəkmə aksiyası keçiriblər.

DTX-nin saytına istinadla xəbər verir ki, aksiya zamanı bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativ, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və müxtəlif növ 400-ə qədər ağac əkilib.

Doğma yurdumuzun füsunkar təbiətinin və təmiz ekoloji mühitinin qorunması və sağlamlaşdırılması işinə töhfə verilməsi istiqamətində DTX-nin əməkdaşları tərəfindən ağacəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında