Növbəti reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə 21 fevral 2018-ci il tarixində növbəti reyd keçirilib.

Keçirilən reyd zamanı Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağacın kəsildiyi müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon polis idarəsinə göndərilib. Eyni zamanda sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti altında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən 20 ədəd yeni ağacın əkilməsi təmin olunub.

                 Qəzənfər  QASIMOV,

                 “Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında