Ekologiya sahəsində xidmətlər elektronlaşdırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması sahəsində müvafiq işlər davam etdirilir.  Ekologiya  və Təbii  Sərvətlər Nazirliyinin  saytından  əldə  etdiyimiz  məlumata görə,  bu  istiqamətdə ötən il bir  neçə  layihə  reallaşdırılmışdır. Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi, müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı,  CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciət və sənədlərin qəbulu üzrə yeni elektron xidmətin e-xidmet.eco.gov.az da yaradılması və e-gov.az dövlət elektron xidmətlər portalına inteqrasiyası təmin edilib.

 Üç  yeni xidmət üzrə istifadə rahatlığı məqsədi ilə PDF, Word və video təlimat hazırlanıb elektron portalda yerləşdirilib, Samur - Yalama Milli Parkına onlayn bilet satışı təmin edilib, https://e-xidmet.eco.gov.az və http://eco.gov.az/az elektron portallarında xüsusi mühafizə xidməti tərəfindən təhlükəsizlik yoxlamaları nəticəsində aşkar olunmuş boşluqları aradan qaldırılıb, twinning.eco.gov.az saytında hazırlanaraq Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təhlükəsizlik yoxlanışından keçərək yayımlanıb.

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli Qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid daha 3 xidmət- - “Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi”, “Ovçuluq biletinin verilməsi”, “Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi”  nazirliyin elektron xidmətlər portalında yerləşdirilib, “hazırda e- hökumət”  portalına inteqrasiya edilməsi üçün lazımi tədbirlər görülməkdədir.

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli fərmanının 3-cü hissəsinə əsasən ETSN-nin göstərdiyi xidmətlərə dair müvafiq məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət Xidmətlərinin Elektron Reyestri informasiya sisteminə daxil edilib və mütəmadi olaraq yenilənmə aparılır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında