Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında  100-150, Naxçıvan MR çaylarında isə 210  faizini təşkil edir.

Yanvarın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 177 kubmetr olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 132 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edib.

Milli Hidrometeorologiya Departamentinin məlumatında daha sonra deyilir ki, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində artım müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 67 kubmetr olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 44 kubmetr təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Yanvarın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 6, Bankədə 4 sm azalma, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 26-da 411 sm), Şirvanda 239 sm (2017-ci il yanvarın 26-da 333 sm), Salyanda 195, Bankədə 201 sm, Araz çayının Novruzlu məntəqəsində isə 114 sm təşkil edir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında