"Təmiz Şəhər" ASC Keyfiyyəti İdarəetmə Sistemi üzrə ən yüksək standarta layiq görülüb

"Təmiz Şəhər" ASC Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.

Iqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, BSİ tərəfindən keçirilən auditlə "Təmiz Şəhər" ASC–nin bütün təsərrüfat sahələrində beynəlxalq standartlara uyğunluq qiymətləndirilib. Audit hesabatında Cəmiyyət rəhbərliyinin və mütəxəssislərin peşəkarlığı, işlərin beynəlxalq standartlara uyğunluğu və s. göstəricilər öz əksini tapıb. Qiymətləndirməyə əsasən, Britaniya Standartlar İnstitutu tərəfindən Cəmiyyət "Bərk məişət tullantılarının idarəedilməsi fəaliyyəti üzrə" ən yeni ISO 9001:2015 "Keyfiyyəti İdarəetmə Sistemi" üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC 2013-cü ildə ilk dəfə ISO 9001:2008 "Keyfiyyəti İdarəetmə Sisitemi", 2015-ci ildə isə ISO 14001:2004 "Ətraf Mühiti İdarəetmə Sistemi" və OHSAS 18001:2007 "Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi" üzrə beynəlxalq uyğunluq sertifikatlarına layiq görülüb və bu beynəlxalq standartlar hazırda da qüvvədədir.

  Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında