Yaşıllaşdırma aksiyası

“Azərbaycanda hər il ekologoya ili olmalıdır”. Prezident İlham Əliyevin bir çox müşavirə və toplantılarda söylədiyi bu fikir, ölkənin yaşıllaşdırılmasının davamlı bir proses olduğunu və bu sahəni daim diqqətdə saxlamağın lazım gəldiyini göstərir. Ona görə də Xətai Rayon İcra Hakimiyyəti dövlət başçısının bu fikrini qarşıya qoyulmuş bir vəzifə hesab edir. Artıq neçə illərdir ki, rayonda ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə yaşıllaşdırma proqramlarının hazırlanması və həyata keçirilməsi böyük təşəbbüskarlıqla davam etdirilir.

2016-cı ilin son akkordunu isə havaların hələ ki, bir qədər mülayim keçdiyi dekabrda vururlar. Həyata keçirilən tədbirlər planına uyğun olaraq, ötən həftənin şənbə və bazar günləri bir çox park və xiyabanlarda, magistral yolların ətraflarında təmizlik işlərilə yanaşı, yaşıllaşdırma aksiyası da keçirilmişdir.

Xətai Rayon İcra Hakimiyyəti və İDEA İctimai Birliyinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində rayonun bütün idarə, müəssisə, təhsil, səhiyyə ocaqlarının həyətyanı sahələrində, eləcə də, məhəllədaxili ərazilərdə yüzlərlə ağaclar əkilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov və Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov rayonunun General Mehmandarov küçəsindəki sürüşmə ərazisinə gələrək ağacəkmə kampaniyasında iştirak etmişlər. Rayon icra hakimiyyəti aparatının işçiləri ilə birgə ümumrayon iməciliyinə çıxan, idarə və müəssisələrin, xidmət sahələrinin, sahibkarlıq qurumlarının nümayəndələri onlar üçün ayrılmış xüsusi sahələrdə böyük həvəslə çalışmış, ağac və bəzək kolları əkmişlər. Tədbirə “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları olmuş məktəblilər, fəal könüllü gənclər də qoşulmuşlar.

İməcilikdə bir neçə ağac əkən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və millət vəkili Hüseynbala Mirələmov dövlət başçısının ekoloji siyasətinin mahiyyəti, yaşıllaşdırmanın təkcə gözəlliyə deyil, həm də insan sağlamlığına böyük fayda verməsi barədə məktəbli gənclərlə maraqlı söhbətlər aparmışlar. R.Məmmədov bildirmişdir ki, sağlam yaşamaq, faydalı istirahət etmək  üçün sağlam təbii mühit çox mühüm rol oynayan amillərdəndir. Ona görə də Xətai Rayon İcra Hakimiyyəti son illər ölkə başçısının tapşırığı ilə bu sahədə böyük layihələr həyata keçirir. Rayon ərazisində müxtəlif yerlərdə yaşıllıqların salınması, parkların və xiyabanların tikintisi, hətta yaşıllıqların əhatəsində olan nümunəvi həyətlərin sayının artırılması diqqət mərkəzində saxlanılır.

Məlumat verildi ki, yüksək əhval-ruhiyyə ilə keçən və iki mindən çox insanın iştirak etdiyi  aksiyada  ərazilər müxtəlif məişət tullantılarından təmizlənməklə yanaşı, 800-dən çox zeytun, şam, küknar ağacları əkilmişdir.

Həmişə diqqət mərkəzində olan Xocalı prospektində də abadlaşdırma işləri davam etdirilmişdir.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında