Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara bölgəsi çaylarında  100-170, Naxçıvan MR çaylarında isə 150  faizini təşkil edir.

Dekabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 171 kubmetr  olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 203 kubmetr olmaqla ongünlük ­normanın 129 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 kubmetr olmaqla, ongünlük normanın 39 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 75 kubmetr təşkil edərək ongünlük normanın 98  faizinə bərabər olub.

Dekabrın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda və Bankədə 2 sm azalma, Şirvanda  4, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 m (2016-cı il dekabrın 4-də 461 sm), Şirvanda 229 sm, Salyanda 177 sm, Bankədə 191 sm, Araz çayının Novruzlu məntəqəsində isə 88 sm təşkil edir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında