Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən  məlumatda bildirilir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 130-150, Lənkəran-Astara bölgəsi çaylarında  100-170, Naxçıvan MR çaylarında isə 155  faizini təşkil edir.

Noyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 186 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə su sərfi 163 kubmetr olmuşdur.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 36 kubmetr olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 86 kubmetr təşkil edərək ongünlük normanın 106  faizinə bərabər olub.

Noyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2, Salyanda 8, Bankədə 7 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 m (2016-cı il noyabrın 27-də 527 sm), Şirvanda 245 sm, Salyanda 201 sm (2016-cı il noyabrın 27-də 335 sm), Bankədə 191 sm, Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2016-cı il noyabrın 27-də  238 sm) təşkil edir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında