Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

ˆEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 40-50 , Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir.

Departamentin məlumatında daha sonra deyilir ki, oktyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 167 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir.  2016-cı ildə isə bu rəqəm 225 kubmetr olmaqla ongünlük normanın 136 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 59 kubmetr olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 146 kubmetr təşkil edərək ongünlük normanın 159 faizinə bərabər olub.

Oktyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 23, Şirvanda və Bankədə 6, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 373 sm, Şirvanda 209 sm, Salyanda 179 sm, Bankədə 185 sm, Araz çayının Novruzlu məntəqəsində isə 80 sm təşkil edir.

Samirə ƏLIİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında