Pasxa adasında meşələr qırıldıqca əhalinin sayı azalır

Təbiət və insan

Dünya alimlərinin ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpası üçün planetdə  meşə örtüyünün çoxaldılması barədə çağırışlarının əsl səbəbləri hər gün bir xəbərdə özünü göstərir. “Seqodnya.ru” xəbər portalı yazır ki, dünya turistlərinin böyük diqqət mərkəzində olan Pasxa adasında meşələrin qırılması əhalinin sürətlə azalmasına səbəb olmuşdur.

 Xatırladaq ki, ispanca Isla de Pascua deyilən  Pasxa adası  Sakit Okeanın cənub-şərqində – Polineziya üçbucağının cənub  nöqtəsində yerləşir. Ada qədim Rapa Nui insanları tərəfindən yaradılan 887 sanballı daş abidə ilə məşhurdur. 1995-ci ildə UNESCO  Rapa Nui Milli Parkının tərkibində qorunan adanın çox hissəsini Ümumdünya İrs Siyahısına salıb. Bu ərazi Şərqi Sakit Okean silsiləsinin səthə çıxdığı yerdədir.

Kaliforniya tədqiqatçılarına istinad edən sayt yazır ki, adanın əsas ərzaq məhsullarından biri kimi qəbul edilən  şirin kartofun ( batat) bol olduğuna görə burada insanlar sağlam və uzunömürlü və həm də say etibarilə çox olublar. Elə çoxsaylı daş heykəllərin yaradılmasında da ancaq ada sakinlərinin gücündən istifadə edilib. Hətta 1772-ci ildə buraya gələn Holland səyyahları cəmi 3 min nəfərdən ibarət olan ada sakinlərinin bu qədər monolit heykəlləri yaratmasını möcüzə adlandırıblar.

Alimlərin fikrincə,  sonradan adadakı  insanların sayı sürətlə azalıb. Bunun səbəbini öyrənmək istəyən kaliforniyalı alimlər uzun çəkən müzakirələrdən sonra yekdil fikirə gəliblər ki, insanların sayının sürətlə azalmasının əsas səbəbi buradakı meşələrin qırılmasıdır. Sübut ediblər ki, meşələrin qırılması xəstəliklərin çoxalmasına və insan ömrünün azalmasına gətirib çıxarmışdır. Nəticədə isə insanların sayı azalır. Bu isə meşələrə qənim kəsilən ölkələrə ciddi xəbərdarlıqdır.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında