Rusiyalı tədqiqatçılar Arktikada yüz il əvvələ aid elmi bazanın qalıqlarını tapıblar

“Pravda” qəzeti “globallookpress.com” elmi portalına əsasən yazır ki, iyirminci əsrin ilk illərində Şimal qütbünə çatmaq istəyən ABŞ tədqiqatçılarının tərk edib getdiyi elmi bazanın qalıqları bu ilin yayında Rusiya alimləri tərəfindən aşkar edilib.

Bildirilir ki, Rusiyanın Arktika istiqamətində fəaliyyət göstərən “Üzən universitet” ekspedisiyasının heyəti Çampa adası ətrafında ABŞ səyyahı İvlin Bolduinə məxsus bazanın qalıqlarını tapıb. Elmə məlumdur ki, Bolduin yüz il əvvəl Şimal qütbünü fəth etmək üçün Arktikaya getmək istəmişdi.

“Üzən universitet” ekspedisiyasının rəhbəri Konstantin Zaykov mətbuata bildirib ki, “tapdığımız obyekt Frans-İosif torpağının fəal öyrənilməsinin birinci mərhələsinə aiddir və tapıntıların az-çox normal vəziyyətdə olduğunu söyləmək mümkündür. Bu tapıntılar Bolduinin 1901-1903-cü illərdəki elmi bazasının qalıqlarıdır. Qalıqlar arasında ABŞ ekspedisiyası üzvlərinin istifadə etdiyi səhra qablarının nümunələri də vardır. Biz onları bərpa etdirmək məqsədilə “Rus Arktikası” milli parkına göndərdik”.

Tədqiqatçılar, həmçinin həmin rayonda kürəşəkilli daşlar da tapıb və muzeyə göndəriblər ki, həmin daşlar elmdə sferolit adlanır. Bundan başqa, alimlər “Aleksandr torpağı” deyilən ərazidən Yura dövrünə aid bitki qalıqları da tapıblar. “Təbii ki, qədim dövrün izləri daha çox daşların üstündə qalır. Amma təəssüf ki, tədqiqatçılar belə daşların hamısını özləri ilə götürə bilmirlər”, – deyə Konstantin Zaykov bildirib.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında