Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə yağan güclü yağış nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən keçən Vəlvələçay çayında suyun səviyyəsində kəskin artım müşahidə olunub.

Departamentin məlumatında daha sonra bildirilir ki, hazırda Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-60 və Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.

Sentyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 48 kubmetr olmaqla ongünlük normanın 39 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 140 kubmetr olmaqla ongünlük normanın 115 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 10 kubmetr olmaqla, ongünlük normanın 14 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 38 kubmetr təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Bankədə 40, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 2, Salyanda 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2016-cı il sentyabrın 8-də 450 sm), Şirvanda 173 sm, Salyanda 109 sm (2016-cı il sentyabrın 8-də 260 sm), Bankədə 207 sm (2016-cı il sentyabrın 8-də 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il sentyabrın 8-də 162 sm) təşkil edir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında