Tullantıların qalaqlanmasına görə bələdiyyə sədrinin müavini cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyevin qəsəbə ərazisində məişət tullantılarını qalaqlaması ilə bağlı şikayət daxil olub. Nazirliyin yerli qurumlarının əməkdaşları Mehdiabad bələdiyyəsi nümayəndəsinin iştirakı ilə məlumatı yerində araşdırıblar.

Əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Mehdiabad bələdiyyəsinin sədr müavini Elşən Şıxəliyev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün ona müddətli “məcburi göstəriş” verilib.

 

* * *

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gəncə şəhər sakini Ənvər Mustafayevin Yeni Gəncə yaşayış massivi M.C.Paşayev küçəsində ağacları qanunsuz kəsməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin yerli qurumlarının əməkdaşları şikayətçinin iştirakı ilə məlumatı yerində araşdırıblar.

Əraziyə keçirilən baxış zamanı 100 kvadratmetr torpaq sahəsinin hasara alındığı,
9 müxtəlif cinsli və diametrli ağacın bioloji inkişafda olduğu, 1 sərv ağacının isə tikintiyə maneəçilik törətdiyi üçün alt budaqlarının qanunsuz kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı həmin ərazinin Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Hamlet Nağıyevə ticarət obyektinin tikintisi üçün verildiyi məlum olub.

Faktla bağlı H.Nağıyev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib, ağacların qorunub mühafizə edilməsi üçün akt tərtib olunaraq torpaq istifadəçisinə təhvil verilib.

Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Şöbəsinə isə  “məcburi  göstəriş” verilib, eyni zamanda, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciət olunub.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında