Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

İyunun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 175 kubmetr olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 205 kubmetr olmaqla ongünlük normanın 51 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 143 kubmetr olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 88 kubmetr təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

İyunun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 17, Şirvanda 14, Salyanda 10, Bankədə  9, Araz çayının Novruzlu məntəqəsində 15  sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 sm (2016-cı il iyunun 29-da 331 sm), Şirvanda 277 sm, Salyanda 207 sm (2016-cı il iyunun 29-da 98 sm), Bankədə 195 sm (2016-cı il iyunun 29-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2016-cı il iyunun 29-da 46 sm) təşkil edir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında