Respublika çaylarında suyun səviyyəsi azalıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, aprelin 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 310 kubmetr olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 335 kubmetr olmaqla ongünlük normanın 47 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 121 kubmetr olmaqla ongünlük normanın 68 faizini təşkil edir. Ötən ildə isə bu göstərici saniyədə 109 kubmetr təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.

Aprelin 28-də Kür çayının aşağı axınında da suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 2, Salyanda 7, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 (2016-cı il aprelin 28-də 381 sm), Şirvanda 231 (2016-cı il aprelin 28-də 263 sm), Salyanda 160 (2016-cı il aprelin 28-də 209 sm), Bankədə 173 (2016-cı il aprelin 28-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 santimetr (2016-cı il aprelin 28-də 90 sm) təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında