Meteoroloqlar 2017-ci ildə “cəhənnəm iqlimi” olacağını xəbər verirlər

Meteoroloqlar 2017-ci ildə “cəhənnəm iqlimi” olacağını xəbər verirlər. Bu barədə Dünya Meteorologiya Təşkilatının (WMO) məruzəsində məlumat verilib. Məruzədə bildirilir ki, iqlim dəyişiklikləri dönməz xarakter ala bilər və elə bu il fəlakətli fəsadlar törədə bilər.

AZƏRTAC “İzvestiya” saytına istinadla xəbər verir ki, bu il WMO-nun iqlim üzrə məruzəsi ilk dəfə olaraq BMT ilə birgə hazırlanıb.

Məruzədə dəqiqləşdirilir ki, 2016-cı il meteoroloji müşahidələr tarixində ən isti il olub. Orta temperatur 2015-ci ildə qeydə alınmış maksimum göstəricidən 1,1°C yüksək olub. Meteoroloqlar güman edirlər ki, atmosferdə karbon qazının daim çoxalması, buzların əriməsinin sürətlənməsi nəticəsində iqlim dəyişikliyi Kaliforniyada leysanlara, Braziliyada quraqlığa, mərkəzi İtaliyada zəlzələyə gətirib çıxarıb.

WMO-nun proqramlar direktoru Devid Karlson bildirib ki, bu il daha isti olacaq – Dünya okeanı temperaturunun yüksəlməsi nəticəsində planetdə digər dəyişikliklər də gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında