Antarktidada iri çat əmələ gəlib

Yer kürəsinin təhlükəsizliyi və planetdə baş verən istənilən fövqəltəbii proses bəşər övladı üçün önəmlidir. Buna səbəb Yer kürəsinin bəşər övladının məskəni olmasıdır. İnsan oğlu gələcək nəsillər üçün təhlükəsiz və saf təbiəti  qorumağı qarşıya məqsəd qoyub.

Bu səbəbdən də dünya alimləri hər gün istər Yerdə, istərsə də fəzada baş verən təbii prosesləri araşdırır. Son zamanlar Cənub yarımkürəsindəki Antarktida qitəsində baş verən struktur dəyişikliyini tədqiq edən Böyük Britaniya alimləri materikin səthində böyük buz sahəsinin qlobal istiləşmənin təsiri nəticəsində çatladığını aşkarlayıblar. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, 2014-cü ildə təsbit edilən çatı ingilis tədqiqatçılar ilk dəfə havadan çəkiblər. Çəkiliş zamanı məlum olub ki, bir neçə kilometr uzanan və getdikcə genişlənən çat qlobal istiləşmə nəticəsində daha da genişlənib.

Alimlər qeyd edirlər ki, bir neçə il öncə dar bir yarıq olan çat zaman keçdikcə genişlənib. Ümumi uzunluğu 80 kilometri, eni isə 90 metri ötüb. Alimlərin fikrincə, qlobal istiləşmənin təsiri ilə çat böyüməyə davam edəcək və yeni bir buz dağı yaranacaq.

Qeyd edilir ki, dəyişikliklər Antarktida qitəsinin görünüşünün yaxın zamanda dəyişəcəyini göstərir.

Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında