Alimlər həyəcan təbili çalırlar

Beynəlxalq ekoloqlar birliyi insan təsirinin (antropogen) həlledici rol oynadığı qlobal iqlim dəyişmələrindən daha çox zərər çəkmiş məməli heyvan və quş növlərinin sayını nəzərdən keçirib. Bu barədə “Lenta.ru” saytı məlumat yayıb.

Ekoloqlar bildirirlər ki, hazırda quruda yaşayan, uçmayan məməli heyvan növlərinin (nəsli kəsilməkdə olan 873 növdən) 47 faizinin və quşların (nəsli kəsilməkdə olan 1272 növdən) 23,4 faizinin artıq qlobal iqlim dəyişmələrindən zərər çəkdiyini hesab etməyə ciddi əsaslar var. Bunu nəzərə alan alimlər həyəcan təbili çalırlar.

Mütəxəssislər bildirirlər ki, bu heyvan növlərinin çoxu Avropa və Şimali Amerikada yaşayır. Ekoloqlar təhlil üçün yetərli məlumatı məhz həmin ərazilər üzrə toplayıblar.

Alimlər biomüxtəlifliyin azalması və qlobal istiləşmə arasında əlaqə haqqında tədqiqat apararaq bu qənaətə gəliblər.

Yeri gəlmişkən, mütəxəssislər dünyanın aparıcı beynəlxalq təşkilatlarını və ictimai təsirə malik iş adamlarını biomüxtəlifliyin problemlərinə diqqət yetirməyə və adıçəkilən növlərin qorunması üçün tədbirlər görməyə çağırıblar.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında