Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatda bildirilir ki, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-230, Kiçik Qafqazın çaylarında 160-310, Lənkəran-Astara bölgəsi çaylarında isə  40-100  faizini təşkil edir.

 Yanvarın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 147 kubmetr olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 93 kubmetr olmaqla ongünlük normanın 57  faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 53 kubmetr olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 37 kubmetr təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.

 Yanvarın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 2, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 14 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 468 sm (2016-cı il yanvarın 5-də 458 sm), Şirvanda 377 sm (2016-cı ildə 339 sm), Salyanda 331 sm (2016-cı ildə 277 sm), Bankədə 251 sm (2016-cı ildə 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2016-cı ildə 195 sm) təşkil edir.

 Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında