Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatda deyilir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 140-270, Lənkəran-Astara bölgəsi çaylarında isə  120-170  faizini təşkil edir.

Dekabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 170 kubmetr olmaqla, ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 162 kubmetr olmaqla, ongünlük normanın 111  faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 65 kubmetr olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə bu göstərici 48 kubmetr təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Dekabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində, əsasən, mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Araz çayının Novruzlu məntəqəsində 17 sm artım, Şirvanda 2, Salyanda 8 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 495 sm (2015-ci il dekabrın 26-da 430 sm), Şirvanda 399 sm (2015-ci il dekabrın 26-da 321 sm), Salyanda 339 sm (2015-ci il dekabrın 26-da 304 sm), Bankədə 253 sm (2015-ci il dekabrın 26-da 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 220 sm (2015-ci il dekabrın 26-da 160 sm) təşkil edir.

Samirə Əliyeva,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında