Uşaq evlərinin sakinləri üçün “Ekoloji laboratoriya” təşkil olunub

Dekabrın 3-də, 10-da və 17-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində silsilə təlimlər keçirilib.

IDEA-dan AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən budəfəki layihədə 1, 2 və 3 nömrəli uşaq evlərində məskunlaşmış 6-11 yaşlı 100 nəfərə yaxın uşaq iştirak edib.

“Yer kürəsi və Yeni il”ə həsr olunan təlimlər zamanı “kiçik ekoloqlar”a planetimiz haqqında maraqlı faktlar, qış fəslində təbiətdə baş verən dəyişikliklər, qar, onun quruluşu və yaranma prosesi, iqlim dəyişməsi və onun ətraf mühitə təsirləri barədə geniş məlumat verilib, eləcə də ətraf mühitə zərər yetirmədən Yeni il küknarının hazırlanması və bəzədilməsi qaydaları izah olunub.

Təlimin gedişində uşaqlar bir sıra laboratoriya sınaqlarının, o cümlədən onların böyük marağına səbəb olan quru buzla eksperimentlərin keçirilməsində iştirak ediblər. Daha sonra onlar üçün Zirə Mədəniyyət Mərkəzində tur və maraqlı əyləncələr təşkil olunub.

Laboratoriya təlimləri uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onların kiçik yaşlarından ekoloji biliklərə sahib olmaları baxımından da əhəmiyyətlidir.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatı 1, 2 və 3 nömrəli uşaq evlərinin sakinlərinə Yeni il hədiyyələri təqdim edib.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayından reallaşdırılan “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində hər ay mütəmadi olaraq iqlim dəyişmələri və qlobal istiləşmə, “yaşıl şəhər”, tullantılar və onların təkrar emalı, ilin fəsilləri və ağaclar, atmosfer çirklənməsi, ekoloji təmiz və sağlam qida, suyun xüsusiyyətləri və onun qorunması, enerji və ona qənaət, heyvanlar və onlara qayğı kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlər keçirilib. İki il ərzində, ümumilikdə 500-dən çox uşaq laboratoriyanın qonağı olub.

IDEA İctimai Birliyinin Resurs Mərkəzlərində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da növbəti ildən iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında