Respublika çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 190-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.

Noyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 173 kubmetr olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 166 kubmetr olmaqla ongünlük normanın 90 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 kubmetr olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 86 kubmetr təşkil edərək ongünlük normanın 106 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Araz çayının Novruzlu məntəqəsində 15 sm azalma, Salyanda 10, Bankədə 6 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 518 (2015-ci il noyabrın 28-də 376 sm), Salyanda 345 (2015-ci ildə 217 sm), Bankədə 262 (2015-ci ildə 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 223 sm (2015-ci ildə 100 sm) təşkil edir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında