Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-220, Kiçik Qafqazın çaylarında 240-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 130-350 faizini təşkil edir.

Noyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 198 kubmetr olmaqla ongünlük normanın 107 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 170 kubmetr olmaqla ongünlük normanın 92 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 90 kubmetr təşkil edərək ongünlük normanın 111 faizini təşkil etmişdir.

Noyabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Bankə məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım müşahidə olunub, Surra və Salyan məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 461 (2015-ci il noyabrın 21-də 426 sm), Salyanda 300 (2015-ci il noyabrın 21-də 283 sm), Bankədə 242 (2015-ci il noyabrın 21-də 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 172 sm (2015-ci il noyabrın 21-də 150 sm) təşkil edir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında