“Ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi” mövzusunda təlim

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycanda ətraf mühitin mühafizəsini nəzərdə tutan II Payız Məktəbi təşkil etmişdir.

“Ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi” mövzusunda keçirilən tədbirdə ATMU-nu turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova təmsil etmişdir. Təlim zamanı ətraf mühit üzrə əlaqəli sahələrin – ekologiya, eko-turizm, kənd təsərrüfatı və digər dövlət qurumlarının təmsilçiləri, o cümlədən bələdiyyələrin səlahiyyətli nümayəndələri, beynəlxalq təşkilatlar, həmçinin elmi-tədqiqat institutlarının əməkdaşları iqtisadi inkişafın ətraf mühitlə qarşılıqlı əlaqə və uğurlu təcrübə qazanmanın səmərəli yollarına dair bir sıra təkliflər bildirmişlər.

Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat xidmətindən redaksiyaya daxil olan məlumatda o da bildirilir ki, Harvard Universitetinin metodologiyası əsasında hazırlanan təlim proqramı ekosistem xidmətlərinin “xəyali ölkə”nin inkişaf planına daxil edilməsi və Azərbaycanda müvafiq təcrübələrin tətbiqi imkanlarının hərtərəfli müzakirəsi ilə yadda qalmışdır.

II Payız Məktəbinin iştirakçısı  F.Ələsgərova Azərbaycan Turizm və Menecment Universitetinin müvafiq strukturları tərəfindən hazırlanan məqsədli tədbirlər planını tədbir iştirakçılarına təqdim edilmişdir.

Sonda təlimin təşkilatçıları tərəfindən iştirakçılara sertifikatlar verilmişdir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında