Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-230, Kiçik Qafqazın çaylarında 170-260, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-210 faizini təşkil edir.

Oktyabrın 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 256 kubmetr olmaqla ongünlük normanın 155 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 198 kubmetr olmaqla ongünlük normanın 120 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 161 kubmetr olmaqla, ongünlük normanın 175 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 250 kubmetr təşkil edərək ongünlük normanın 272 faizinə bərabər olub.

Oktyabrın 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Salyanda 10, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 17 sm azalma  qeydə  alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 531 sm (2015-ci il oktyabrın 31-də 428 sm), Salyanda 394 sm (2015-ci il oktyabrın 31-də 228 sm), Bankədə 281 sm (2015-ci il oktyabrın 31-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 240 sm (2015-ci il oktyabrın 31-də 153 sm) təşkil edir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında