Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir.

Oktyabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 121 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 123 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 58 kubmetr təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.

Oktyabrın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Salyanda 20, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində  5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2015-ci il oktyabrın 7-də 394 sm), Salyanda 301 sm (2015-ci il oktyabrın 7-də 124 sm), Bankədə 233 sm (2015-ci il oktyabrın 7-də 158 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2015-ci il oktyabrın 7-də 110 sm) təşkil edir.

 Samirə Əliyeva, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında