Ekoloji tarazlığın qorunmasına diqqət artırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeliyində olan qurumlar tərəfindən ötən  il ərzində plan  göstəricilərini yüksək aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata keçirmək üçün geniş miqyaslı işlər görülür.

Son məlumatlara görə müəssisələr tərəfindən 10141 hektar sahədə meşəbərpa tədbirləri görülmüşdür. Bundan 2636 hektar sahədə meşə əkini və səpini işləri aparılaraq  4310,4 min ədəd ting əkilmişdir. Meşə əkinlərinin becərilməsi üçün  32546,4 hektar sahədə xidmət, 33224,6 hektar sahədə suvarma, 2576,85 hektar sahədə torpaq hazırlığı işləri görülüb, 7505 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilmişdir. Müxtəlif ağac və kol cinslərindən 175078,5 kiloqram toxum tədarük edilmişdir. Ötən il ərzində tinglik sahəsinin səpin şöbəsində 90,57 hektar sahədə toxum səpilmiş, ting böyütmə şöbəsinin 67,51 hektar sahəsində 2638,9 min ədəd toxmacar, kökləndirmə şöbəsinin 12,88 hektar sahəsində isə 626 min ədəd çilik basdırılmışdır. Tinglik sahələrində 30236,59 min ədəd  müxtəlif çeşiddə əkin materialları yetişdirilmişdir. Cavan ağacların yetişdirilib qiymətli ağaclar kateqoriyasına keçirilməsi tədbirləri 9738 hektar sahədə icra edilmiş ki, bunun da 2768 hektarı meşə əkin sahəsidir.

2015-ci il ərzində müəssisələrdə keçirilən bütün növ yoxlama və araşdırmalarda 146482 manat ziyan məbləğində 21352 kubmetr həcmində ağacların qanunsuz kəsildiyi aktlaşdırılaraq, müvafiq tədbirlər görülmüşdür. Aktlaşdırılan meşəpozmalarına görə hesablanan ziyandan 70 faizi (146482 manatdan 102346 manatı)  ödənilmişdir.

Yol verilən qanunsuz qırıntılara görə təqsirkar olan şəxslər barəsində qanunamüvafiq  tədbirlərin görülməsi məqsədi ilə 185 iş hüquq-mühafizə orqanlarına və məhkəmələrə göndərilmişdir.

Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası "Yanğın Təhlükəsizliyi Haqqında Qanun"unun tələblərinə uyğun olaraq,  cari ildə də bir sıra qabaqlayıcı zəruri tədbirlər həyata keçirilmişdir. Əhali arasında, habelə fermer və digər torpaq mülkiyyətçiləri arasında mütəmadi olaraq izahat işləri aparılıb, müəssisələr yanğın söndürmə avadanlıqları ilə təmin edilib. Bir çox yerlərdə meşəətrafı ərazilərin minerallaşdırılması (cari ildə yanğın əleyhinə 609 kilometr uzunluğunda yeni zolaqlar çəkilib və 520 kilometr mövcud zolaq təmir olunub) həyata keçirilmiş, gündəlik növbətçiliklər təşkil edilmişdir. Havaların uzun müddət quraqlıq keçməsinə baxmayaraq ciddi meşə yanğınları olmayıb. 2015-ci il ərzində 2 müəssisədə cəmi 3,5 hektar sahədə meşə yanğınları baş verib . Onlar da operativ qaydada söndürüldüyündən meşələrə ciddi ziyan dəyməyibdir.

Meşə Fondu torpaqlarının istifadəsi ilə əlaqədar ümumi sahəsi 435,7 hektar olmaqla fiziki və hüquqi şəxslərlə 153 müqavilə bağlanmışdır. Bu müqavilələr üzrə 31673 manat məbləğində (istirahət-rekreasiya məqsədilə istifadəyə verilən 117,4 hektar sahə üçün 26422 manat, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi məqsədilə istifadəyə verilən  318,3 hektar sahə üçün 5251 manat) istifadə haqqı hesablanmışdır.

Göründüyü kimi, respublikada ekoloji tarazılığı qorumaq, təbii sərvətləri mühafizə etmək, daha da zənginləşdirmək insanlardan böyük diqqət və qayğı tələb edir. Bunu hər bir vətəndaş bilməlidir və ona əməl etməlidir!

İsaq ƏMƏNULLAYEV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında