Suraxanı rayonunda “Yaşıl marafon” ruh yüksəkliyi ilə davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında olan Suraxanı Rayon İcra Hakimiyyəti ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək, qəsəbələrdə ağacəkmənin növbəti mərhələsini böyük ruh yüksəkliyi ilə həyata keçirir.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası rayonun Əmircan–Qaraçuxur yolunun ətrafında keçirilib. Burada müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb.

Ağacəkmə aksiyasında icra hakimiyyətinin başçısı İlqar Abbasov,  aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. 200 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 400-dən çox kiparis ağacı əkilib.

Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.

Xatırladaq ki,  IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən Ümumrespublika yaşıllaşdırma marafonunun növbəti mərhələsinə cari ilin fevral ayının 23-də “Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı günü  start verilib.

Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında