Azərbaycan MDB-nin ən perspektivli turizm ölkəsi seçilib

Rusiyanın “Travel.ru” turizm servisi 2016-cı ildə MDB-nin ən perspektivli turizm ölkələrini müəyyənləşdirib. Reytinq son il ərzində müstəqil səyahət edən turistlərin hotel və mənzil ayırmalarının artması əsasında tərtib edilib.

MDB ölkələrində 1 sutka qalmaq xərci orta hesabla 3 min rubl (71,18 AZN) təşkil edir. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən də yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedici olublar.

Məqalədə qeyd edilir ki, rusiyalılar arasında istirahət üçün populyarlığının artım səviyyəsinə görə, Azərbaycan liderlik edir.

2015-ci ildə Azərbaycana 2 milyondan artıq gələn turistin 685 min nəfəri Rusiyanın payına düşüb. Onlar əsasən paytaxt Bakı, Şahdağ dağ-xizək kurortu, Gəncə, Şamaxı, Qəbələ və Naftalan, habelə Göygöl, Xudat, Xaçmaz, Astara və Lənkərana səyahət ediblər.

Məlumat üçün bildiririk ki, 24 fevral 2016-cı il tarixində Moskva şəhərində Azərbaycanın Rusiyada turizm nümayəndəliyinin açılışı keçirilmişdir. Bunun nəticəsində 2017-ci ilin fevral ayınadək olan müddət ərzində “Tour A Vent” şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcəkdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında