Naxçıvanda 2016-cı ilin ilk iməciliyi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”.

Xalqımız tarixən təbiətin, ətraf mühitin qorunmasının qayğısına qalıb, baharın gəlişini səliqə-sahman yaratmaqla, yaşıllıqlar salmaqla qarşılayıb. İşgüzarlıq, təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu xeyirxah əməllər bu gün də yaşadılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 5-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilib, təmizlik-abadlıq işləri görülüb, yeni yaşıllıq zolaqları və meyvə bağları salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarındakı püstə bağında, eləcə də Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun ətrafında keçirilən iməcilikdə iştirak ediblər.

Uzunoba Su Anbarından yeni su xəttinin çəkilməsi və Kəngərli rayonu ərazisində suvarma şəbəkəsinin qurulması uzun müddət əkilməyən bu torpaqları yenidən əkin dövriyyəsinə qatıb. Püstə bağı üçün 100 hektar ərazi ayrılıb, meliorativ tədbirlər görülüb, ötən ilin payızında iməciliklər yolu ilə 50 hektarda 20 minə yaxın püstə tingi əkilib. Bu il əlavə 50 hektar ərazidə püstə tingləri əkiləcək, damcılı suvarma sistemi qurulacaqdır. İməcilik iştirakçıları ərazidə 1000 ədəd püstə tingi əkib, ötən il salınan püstə bağına aqrotexniki qulluq göstəriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak edib, püstə bağında yeni tinglər əkib. Ali Məclisin sədri püstə bağında əkin işlərinin davam etdirilməsi və bağın ətrafında qoruyucu yaşıllıq zolağının salınması  barədə tapşırıqlar verib.

Həmin gün muxtar respublika ərazisində iməciliklər yolu ilə 23 minə yaxın ting və 18 mindən artıq bəzək kolları əkilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında