“Təmiz Şəhər” ASC Abşeron göllərini gözəlləşdirir

Böyükşor gölünün kompleks bərpası layihəsinin birinci mərhələsi kimi Bakı Olimpiya stadionu inşa edilən ərazinin yaxınlığında, yəni, gölün şərq hissəsində yerləşən 300 hektara yaxın sahənin bərpası işləri yekunlaşdırıldı. 2014-cü ilin əvvəlində başlayan bərpa işləri plana uyğun aparılaraq 2015-ci il mayın 22-də təhvil verilib. Azərbaycan Respublikasının Prezidenti ərazidə aparılan işlərlə tanış olub, Böyükşor bulvarı və parkın açılış mərasimində iştirak edib.

Gölün bərpası layihəsinin icrasına başlanmazdan əvvəl aparılmış inventarlaşdırma nəticəsində gölə 76 mənbədən çirkab suların axıdılması aşkarlanmışdı. Layihə ərazisinə sızan çirkab su mənbələri tamamilə ləğv edilib, ümumilikdə gölə axıdılan mənbələrin sayı 20-yə endirilib.

Beləlikılə, gölə sızan neft axıntılarının qarşısı alındı və uzun illər su hövzəsini çirkəndirmiş neft qalıqları təmizləndi. Layihə sahəsində göl suyunun ümumi neftlə çirklənmə göstəricisi 2014-cü ilin mart ayında 300-400 mq/l olduğu halda bu göstərici 2015-ci ilin sonunda artıq 100-200 mq/l düşüb və norma daxilindədir. Gölün dibində neftlə çirklənmə bərpa işlərinin əvvəlində 100000-120000 mq/kq idisə, 2015-ci ilin sonunda artıq 100-400 mq/kq arası olub.

Böyükşor bulvarı və sahil ərazisinin abadlaşdırılması işləri çərçivəsində gölün sahillərində neftlə çirklənmiş torpaqlar təmizlənib, burada 80 min ədəd ağaç və kol bitkiləri əkilib. Bir neçə uşaq oyun meydançası və idman avadanlıqları ilə təchiz olunmuş meydançalar qurulub.

Gölün üzərindən Ziya Bünyadov prospekti (Dərnəgül şosesi) ilə Balaxanı-Binəqədi yaşayış məntəqələrinə gedən yolu birləşdirən A kateqoriyalı 8 zolaqlı yolun çəkilməsi üçün yuxarı hissəsinin eni 36 metr, aşağı hissəsinin eni isə 94 metr olan torpaq bəndin tikintisi başa çatdırılıb.

Böyükşor gölündə suyun səviyyəsinin tənzimlənməsi üçün xüsusi su mübadiləsi sistemi qurulub. Samur-Abşeron kanalından suvarma xətti çəkilir.

Göl və ətrafı “Təmiz Şəhər” ASC tərəfindən daim qorunur. Burada mühafizə zonası yaradılıb və əraziyə müxtəlif tullantıların atılmasının qarşısı alınıb.

Aparılmış işlərin keyfiyyətinə nəzarət və mühafizə məqsədi ilə aşağıdakı işlər görülmüşdür:

Suyun keyfiyyətinə nəzarət məqsədilə quraşdırılmış sensorlar vasitəsilə onlayn rejimdə nəzarət aparılır.

Gölün su mühafizə zonasında perimetr boyu 20 ədəd tədqiqat quyusunda qrunt sularının parametrlərinin öyrənilməsi üçün quraşdırılmış sensorlar vasitəsilə nəzarət edilir.

Bioloji mühitin idarə olunması məqsədilə quraşdırılmış 10 ədəd ultrasonik avadanlığın istismarı təmin edilib.

Suda və sahil zonasında olan tullantıların yığılması üçün xüsusi təyinatlı qayıq alınıb istismara verilmişdir.

Bərpa işlərinin ikinci mərhələsinə başlanılması üçün aşağıdakı tədbirlər həyata keçirilib:

Gölün bərpa layihəsinin ikinci mərhələsinin layihə - mühəndislik işləri və texniki nəzarət üzrə məsləhət xidmətlərinə dair açıq tender keçirilib və tenderin qalibi ilə müqavilə danışıqlarına başlanılıb.

Böyükşor gölünün şimal bəndinin arxası və Balaxanı qəsəbəsinin şimal sahilində çirklənmiş torpaqların təmizlənməsi və istifadəyə yararlı vəziyyətə salınması üçün texniki-iqtisadi əsaslandırmanın və mühəndislik işlərinin həyata keçirilməsi məqsədilə tender prosedurlarına başlanılıb.

Böyükşor gölünün bərpası layihəsinin 2-ci mərhələsinin dib təmizləmə xidmətlərinin satınalınması üçün açıq tender elan edilib.

Zığ gölünün bərpasından ötrü bir sıra işlər görülüb

Zığ gölünün və onun su mühafizə zonasının qorunub saxlanılması və bərpası məqsədilə su mühafizə zonasında yerləşən Bahar Enerji Əməliyyat Şirkəti və Abşeron Əməliyyat Şirkəti tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim olunan lay sularının idarə olunması sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planının icrasına nəzarət davam etdirilir. Gölün su mühafizə zonasında təmizlənmiş 3 qeyri-qanuni tullantı sahəsinə tullantıların atılmasının qarşısının alınması üçün nəzarət artırılıb. Gölün bərpası layihəsinin mühəndislik işləri və texniki nəzarət üzrə məsləhət xidmətlərinin satın alınması üçün açıq tender keçirilib və tenderin qalibi ilə müqavilə danışıqlarına başlanılıb. Yaxınlıqda fəaliyyət göstərən iki neft-qazçıxarma şirkətindən gölə axıtdıqları neftlə çirklənmiş sular və lay sularının qarşısını almaları tələb olunub. Bunun üçün tədbirlər planı hazırlanıb və şirkətlərin bu plana əməl etmələrinə nəzarət olunur. Şirkətlərdən biri artıq qapalı sistemə keçib, neft və lay sularının axıdılmasını tam dayandırıb. Digər şirkətdə də bu prosesin tamamlanmasına nəzarət olunur.

İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq əmrinə əsasən, “Təmiz Şəhər” ASC tərəfindən hər iki göl üzrə tədbirlərin həyata keçirilməsi üçün koordinasiya işləri görülür.

“Təmiz Şəhər”
ASC-nin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında