Qeyri-sabit hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, yanvarın 26-sı səhərədək ölkə ərazisində kəskin hava şəraiti davam etmiş, yağış, sulu qar, qar yağmış, bəzi yerlərdə intensiv olmuşdur. Düşən yağıntının miqdarı – Bakıda və Abşeron yarımadasında-1.0-14.0 mm, Böyük Qafqazda- 5.0-45.0 mm, Lənkəran-Astara zonasında-2.0-27.0 mm, Mərkəzi Aran rayonlarında- 2.0-20.0 mm, Kiçik Qafqazda- 4.0-11.0 mm, Qazax-Gəncə zonasında-1.0-8.0 mm, Naxçıvan MR-da- 4.0-7.0 mm olmuşdur.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64 sm, Şəki, Ağdərədə (Ordubad) 45 sm,Qaxbaşda 40 sm, Şinçay, Kişçayda (Şəki) 38 sm, Zaqatalada 37 sm, Qəbələdə 36 sm, Oğuzda 32 sm, Balakəndə 31 sm, Altıağacda 26 sm, Kirən, Cədəbəydə 22 sm, Şamaxıda 19 sm, İsmayıllıda 18 sm, Yardımlıda 17 sm, Şahbuzda 16 sm, Xınalıq, Qubada 15 sm, Qubanın dağlıq ərazilərində 35-46 sm, Ağsu, Daşkəsəndə 13 sm, Göyçayda 11 sm, Lerik, Ordubadda 10 sm, Rvarudda 8 sm, İmişlidə 7 sm, Şərur, Naxçıvan, Kəlvəz Göygöldə 6 sm, Mərəzədə 5 sm, Tovuz, Zərdabda 4 sm, Maştağa, Cəfərxan, Qazıməmməd, Biləsuvar, Lənkəranda 3 sm, Xaçmaz, Göytəpə, Nabran, Bakıda 2 sm, Binədə 1 sm, Şabranda 0.3 sm olmuşdur.

Bəzi rayonlarda şimal-qərb küləyi güclənmişdir.

Qeyri-sabit hava şəraiti davam edir.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında