QAZAXDA AĞACƏKMƏ KAMPANİYASI

Ölkəmizin ekologiya və biomüxtəlifliyinin mühafizəsi naminə səmərəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu sahədə böyük uğurlar əldə olunur. Bu ictimai birlik təsis edildiyi gündən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyası çərçivəsində ölkə ərazisində milyonlarla ağac əkilib. Proses hazırda “Yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində uğurla davam edir.

“Yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında Qazax rayonu da var və rayon icra hakimiyyəti bu xeyirxah işin rayonda daha geniş vüsət alması üçün bütün qüvvələri səfərbərliyə almışdır.

Növbəti aksiya Bakı-Sınıq Körpü magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində və müxtəlif yaşayış massivlərində keçirilmişdir. Aksiyada rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişlər. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış və abadlıq işləri görülmüşdür. Yüzlərlə insanın iştirak etdiyi aksiya zamanı 4 mindən çox eldar şamı, küknar və müxtəlif meyvə ağacları əkilmişdir.

Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır və insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir. Mövsümün sonuna qədər bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulmuşdur.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında