“Yaşıllaşdırma marafonu” çərçivəsində Suraxanı rayonunda növbəti ağacəkmə aksiyası

Ölkəmizin ekologiya və biomüxtəlifliyinin mühafizəsi naminə səmərəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə  bu sahədə böyük uğurlar qazanılıb.

Xatırladaq ki,  IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində milyonlarla  ağac əkilib. Bu proses hazırda da “Yaşıllaşdırma marafonu”  layihəsi çərçivəsində respublika ərazisində uğurla davam etdirilir. 

Yeri gəlmişkən, IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

“Yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında olan Suraxanı Rayon İcra Hakimiyyəti  tərəfindən  hazırda ağacəkmə aksiyaları uğurla davam etdirilir. Növbəti aksiya rayonun Əmircan - Qaraçuxur yolunun ətrafında keçirilib. Aksiyada rayon icra hakimiyyəti başçısı İlqar Abbasovun rəhbərliyilə aparatının əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb. İki yüz nəfərin iştirak etdiyi aksiyada 500 ədəd kiparis ağacı əkilib.

Başçı bildirib ki, rayonda artıq  ənənəvi hal alan bu iməcilik ölkəmizdə geniş vüsət tapan yaşıllaşdırma kampaniyasına verilən dəstəkdir. İlqar Abbasov, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verdiyini də vurğulayıb. Hazırda isə bu məsələ cənab İlham Əliyevin diqqət mərkəzində saxlanılır. Ölkəmizdə yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, şəhərin ekoloji tarazlığının bərpa edilməsi, insanlar arasında təbiətə qayğı hissinin təbliği istiqamətində son illərdə geniş tədbirlərin həyata keçirilməsi bunun barz ifadəsidir. Bu işdə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyi xüsusilə fəal rol oynayır.

Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.

Xatırladaq ki, “Ümumrespublika yaşıllaşdırma marafonu”nun növbəti mərhələsində rayonda artıq 3500 mindən yuxarı  ağac əkilib, eyni zamanda, mövsümün sonuna qədər bu cür aksiyaların davamlı olması nəzərdə tutulub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında