Suraxanı rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

“IDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma” marafonuna ilk qoşulanlar sırasında olan Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən  ağacəkmə aksiyaları uğurla davam etdirilir.

Növbəti ağacəkmə aksiyası rayonun Əmircan - Qaraçuxur yolunun ətrafında keçirilib. Ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması məqsədilə keçirilən aksiyada rayon icra hakimiyyəti başçısı  aparatının əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb. Yüz əlli nəfərin iştirak etdiyi aksiyada 300 ədəd kiparis ağacı əkilib.

Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.

“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun növbəti mərhələsində rayonda artıq 3 mindən yuxarı  ağac əkilib, eyni zamanda, mövsümün sonuna qədər bu cür aksiyaların davamlı olması nəzərdə tutulub.

Yeri gəlmişkən, rayonda ekoloji məsələlərin həlli istiqamətində Bülbülə və Zığ göllərinin təmizlənməsinə, bu ərazilərin abadlaşdırılmasına da xüsusi diqqət yetirilir.  Bu tədbirlər müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub. Ümumi sahəsi 5 hektar olan müxtəlif ölçülü 24 gölməçə qurudulub, 30 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub.

Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilib. Marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə 10-dan çox ümumrayon iməciliyi keçirilərək 7  mindən artıq ağac əkilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında