Peşə bayramında təbiətə bayram sovqatı

Prezident İlham Əliyevin Azərbaycanda ekoloji tarazlığın qorunması, ekoloji mühitin sağlamlaşdırılması, şəhər və rayonlarda  parkların, xiyabanların salınması və yaşıllıqların genişləndirilməsi ilə bağlı vaxtaşırı irəli sürdüyü təşəbbüslər ölkəmizin hər yerində  böyük razılıqla qarşılanır. Artıq bir neçə ildir ki, paytaxın Xətai rayonunda dövlət başçısının təşəbbüsünə cavab olaraq  yaşıllıqların salınması sahəsində konkret layihələr və proqramlar  işlənərək həyata keçirilir.

Rayonda fəaliyyət göstərən istər dövlət, istərtsə özəl müəssisələr də icra hakimiyyətinin hazırladığı  proqramların  həyata keçirilməsində yaxından iştirak edir, şəhərin yaşıllaşdırılmasına öz töhfələrini verməyə çalışırlar. Yaranmasının 10 illiyini bayram etməyə hazırlaşan Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin şəxsi heyəti də noyabrın 21-də rayonun yaşıllaşdırılması təşəbbüsünə qoşulmuşdur.

Mərkəzin yüzdən çox əməkdaşı, müxtəlif çinli zabit və sıravi heyət üzvü Xətai Rayon İcra Hakimiyyəti aparatının işçilərinə qoşularaq şənbə günü ağacəkmə aksiyası keçirmişlər. Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilən aksiya Xətai rayonu İnqilab İsmayılov küçəsindəki “Zeytunluq” deyilən ərazidə baş tutmuşdur.

Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən iməcilikdə FHN əməkdaşları ərazidə 500-ə yaxın zeytun ağacı əkmiş, bağda ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərmiş, gübrələmə və suvarma işləri aparmışlar.

Xətai Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, FHN əməkdaşlarının çalışdıqları qurumun yaranması günündə belə bir təşəbbüslə çıxış etmələri bizi həqiqətən məmnun edir. İnanırıq ki, rayonmuzun sakinləri, ictimaiyyətin nümayəndələri bu təşəbbüskarlığı  görüb yaşıllıqların artırılmasına və qorunmasına daha böyük diqqətlə yanaşacaqlar.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin şəxsi heyəti çalışdıqları qurumun yaranması günündə atdıqları bu nəcib addımla, sözün əsl mənasında, öz peşə bayramlarında təbiətə də bayram yaşatdılar. 

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında