Xətai rayonunda yaşıllaşdırma işləri davam edir

Ölkəmizdə “ekologiya ili” elan olunan 2010-cu ildən sonra Prezident İlham Əliyev bir neçə tədbirdə  ölkənin  yaşıllaşdırılmasının davamlı bir proses olduğunu diqqətə çatdıraraq bildirmişdi ki, “Azərbaycanda hər il “ekologiya ili” olmalıdır”. Dövlət başçısının  bu fikrindən sonra ölkənin digər rayonları kimi, Xətai rayonunda da yaşıllaşdırma proqramlarının hazırlanması və həyata keçirilməsi böyük təşəbbüskarlıqla davam etdirilir.

Bakının ekoloji mühitinin sağlamlaşdırılmasında yaşıllaşdırmanın mühüm  əhəmiyyətini nəzərə alan rayon icra hakimiyyəti  yaşıllıqların genişləndirilməsinə hesablanan  proqramları bütün il boyu həyata keçirir.  2015-ci ilin son akkordu kimi həyata keçirilən  tədbirlər planına uyğun olaraq, bir çox park və xiyabanlarda, magistral yolların ətraflarında yaşıllaşdırma işləri indi daha intensiv şəkildə davam etdirilməkdədir.

Rayonun Gəncə prospektində, N.Rəfiyev və Y.Səfərov küçələrində hazırda yaşıllaşdırma işləri davam etdirilir. Yaşıllaşdırılan ərazilərin suvarılması üçün yeni suvarma xətləri çəkilmiş, bəzi ərazilərdə artezian quyuları qazılmışdır.

Həmişə diqqət mərkəzində olan Xocalı prospektində abadlaşdırma işləri, demək olar ki, bütün il boyu davam etdirilməkdədir.

Dünən də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov başda olmaqla rayonun bir çox idarə və müəssisə kollektivləri yaşıllaşdırma aylığına məhz bu prospektdə gül və bəzək kollarının əkilməsi ilə start verdilər. Həmin gün park-xiyabanın ərazisində  2 mindən çox gül kolu, dekorativ və həmişəyaşıl ağac əkildi.

Sonra Razim Məmmədov icra hakimiyyətinin kollektivi ilə birgə Xətai rayonunun “General Şıxlinski” küçəsindəki sürüşmə ərazisinə gələrək burada ağacəkmə kampaniyasını davam etdirdi.  Rayon icra hakimiyyəti aparatının işçiləri ilə birgə ümumrayon iməciliyinə çıxan, idarə və müəssisələrin, xidmət sahələrinin, sahibkarlıq qurumlarının nümayəndələri onlar üçün ayrılmış xüsusi sahələrdə böyük həvəslə çalışır, ağac və bəzək kolları əkirdilər.

Böyük bir ərazidə başlayan iməcilikdə axşam saatlarında minə yaxın həmişəyaşıl şam ağacı əkildi. İməcilikdə özü də bir neçə ağac əkən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov jurnalistlərə bildirdi ki, rayonun ərazisində yaşıllaşdırma işləri mütəmadi davam etdiriləcək.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında