Azərbaycanda güclü zəlzələ baş verib

Sentyabrın 4-də yerli vaxtla saat 09:49-da Şəki rayonu ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Şəkidən 29 kilometr cənub-şərqdə qeydə alınan yeraltı təkan episentrdə 7 bala qədər, ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə olub.

 

*   *   *

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, dünən daha bir zəlzələ yerli vaxtla 09:55-də Oğuz rayonu ərazisində, Şəkidən 23 kilometr cənub-şərqdə baş verib. Maqnitudası 3,2, dərinliyi 23 kilometr olan zəlzələ hiss edilməyib.

 

*   *   *

 

Yerli vaxtla saat 14:38-də Şəkidən 27 kilometr cənub-şərqdə Oğuz ərazisində ikinci zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, maqnitudası 3,3 olan, 20 kilometr dərinlikdə baş verən yeraltı təkan hiss edilməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında