Coğrafiya İnstitutu: Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır

“Getdikcə iqlim dəyişikliyi intensivləşir. Bu intensivləşmə xüsusən quraq, yəni arid ərazilərdə özünü göstərir. Azərbaycanın da 60 faizi arid ərazidir. Yağıntının miqdarı getdikcə azalır, bu isə o deməkdir ki, suyun miqdarı azalır. Ona görə bəzi qabaqlayıcı tədbirlərin görülməsi lazımdır”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

O, bildirib ki, Azərbaycanda adambaşına düşən su ehtiyatı qonşu Gürcüstandan 7 dəfə azdır: “Ölkədə vəziyyətin lap pis olduğunu demək də doğru olmaz. Azərbaycanın bugünkü su ehtiyatlarından səmərəli istifadə etsək həm məişət, həm kənd təsərrüfatı, həm də sənayedə bu su ehtiyatları bizə bəs edər. Bizim kifayət qədər su ehtiyatımız var. Amma təkrar deyirəm ki, bundan səmərəli istifadə etmək lazımdır”.

Akademikin sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadə üçün tez-tez yeni su anbarları tikilib istifadəyə verilir: “Bildiyim qədər artıq 18-19 yeni su anbarının layihəsi hazırdır. Onlar da yaxın gələcəkdə tikilib istifadəyə veriləcək. Düşünürəm ki, bu saat həm dövlət, həm hökumət bu sahədə diqqətçəkən tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin Taxtakörpü su anbarının açılışında ölkənin su ehtiyatları ilə bağlı məsələyə necə ciddi yanaşdığının şahidi olduq. Prezident Azərbaycan ərazisinin hər kvadrat vahidi üçün nə qədər su ehtiyatı olması ilə bağlı tapşırıq verib. Bunun üçün ilk növbədə Dövlət Proqramı, müəyyən maliyyə dəstəyi lazımdır. Ölkənin mövcud su ehtiyatı yenidən hesablanmalıdır”.

R. Məmmədov qeyd edib ki, Azərbaycanın su ehtiyatı ilə bağlı rəqəmlər son dəfə 60-cı illərdə işlənib: “Azərbaycanın rəhbər işçiləri, alimlər, mütəxəssislər Azərbaycanın su ehtiyatları ilə bağlı 60-cı illərdə bizim institutun professoru Saleh Rüstəmovun hazırladığı rəqəmlərdən istifadə edirlər.

Bunun üstündən 50 il vaxt ötüb. Hər şey dəyişib. Ona görə də ölkənin su ehtiyatları ilə bağlı dəqiq rəqəmləri bilmirik. Bunların hamısı yenidən hesablanmalıdır ki, biz bilək bu məsələdə hansı çətinliklər var və qabaqlayıcı tədbirləri görək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında