Muxtar respublikada iməciliklər

Bu gün muxtar respublikada təbiətə qayğı ilə yanaşılır, onun yaşıl örtüyü qorunur. Kəskin kontinental iqlimin təsirinə baxmayaraq dağlar, təpələr insan əməyi nəticəsində yaşıllıqlara bürünür. Artıq Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə, yol kənarlarında boy atan ağaclar, bar verən min hektarlarla meyvə bağları insanda xoş ovqat yaradır, onu təbiətə bağlayır. Bu səbəbdəndir ki, əkilən tinglərə, bağ və yaşıllıq zolaqlarına ilboyu qulluq göstərilir. Yay aylarında isə bu iş daha intensiv hal alır. Sakinlər çəkdikləri zəhmətin hədər getməməsi üçün iməciliyə çıxır, yaşıllıq sahələrində və bağlarda çalışırlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 25-də muxtar respublikada növbəti iməciliklər keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının kollektivləri Uzunoba su anbarının ətrafındakı meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər.

8 hektarlıq ərazidə iməciliklər yolu ilə 10 minə yaxın müxtəlif meyvə tingləri əkilib. Aqrotexniki qaydalara uyğun becərmə tədbirlərinin həyata keçirilməsi nəticəsində bağdakı tinglər inkişaf edərək boy atıb, ərazi geniş bir yaşıllıq sahəsinə çevrilib. İməcilik iştirakçıları ağacları suvarıb, ərazidə təmizlik işləri apararaq səliqə-sahman yaradıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında