“Yaşıl Marafon” layihəsinə yekun vurulub

2014-cü ilin noyabr ayında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Ümumrespublika Yaşıl Marafon” layihəsinə bu il mayın 30-da yekun vurulub.

Layihə çərçivəsində 2014-cü ilin payız və 2015-ci ilin yaz əkin mövsümləri zamanı ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif növ ağaclar əkilib. “Yaşıl Marafon”un gedişi, həmçinin əkilmiş ağaclar barədə məlumatlar, rayon və şəhərlər üzrə hesabat və ağacəkmə aksiyalarından fotoşəkillər layihənin internet səhifəsində yerləşdirilib (http://ideacampaign.org/green_marathone/ ).

“Yaşıl Marafon” başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub. 

IDEA İctimai Birliyi “Yaşıl Marafon” layihəsinin uğurla həyata keçirilməsinə və ölkəmizin ətraf mühitinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirir.

IDEA ölkə ərazisində yaşıllıqların qorunması və artırılması məsələsinə xüsusi həssaslıqla yanaşır. Belə ki, məhz İctimai Birliyin təşəbbüsü ilə son 4 ildə Azərbaycanda 4 milyondan artıq ağac əkilib. Bununla yanaşı, IDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə 2014-cü ilin may ayında təsis edilmiş “Ağacların kəsilməsinə yox” proqramı fəaliyyət göstərdiyi bir il ərzində Bakı şəhəri və ətraf rayonlarda qanunsuz ağac kəsilməsinin qarşısının alınmasına əhəmiyyətli töhfə verib. Proqram çərçivəsində yaradılmış (şəhər telefonları və bütün mobil operatorlardan) “1113" qaynar xəttinə bu günə kimi vətəndaşlardan 150 şikayət daxil olub və hər bir şikayət Proqram çərçivəsində fəaliyyət göstərən ”Təbiətə təcili yardım" mobil qrupu tərəfindən yerində araşdırılıb, və məhv edilmiş yaşıllıqların bərpası məqsədilə müvafiq dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görülüb. (http://ideacampaign.org/az/first_aid_to_the_nature/ ).

IDEA İctimai Birliyi ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətindədir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında