“Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib

Mayın 12-də “Yaşıl Marafon” layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu ağac əkilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Leyla Əliyeva IDEA İctimai Birliyinin dəstəyi ilə Zirədə tikilmiş müasir istixana kompleksi ilə tanış olub.

Heydər Əliyev Fondunun vitse-prezidentinə istixanada yaradılan şərait və burada becərilən bitki növləri barədə məlumat verildi. Bildirildi ki, kompleksdə ölkəmizdə nadir rast gəlinən və idxal olunan ağac və bitki növləri yetişdirilir. Sahəsi 20 hektar olan kompleksdə 100 nəfərdən artıq işçi çalışır. Hər il burada 2-3 milyon bitki və gül kolu yetişdirilir.

Qeyd edildi ki, 500 gül növünün yetişdirildiyi istixana 6 bölmədən ibarətdir. Bu bölmələrdə toxumlar və şitillər becərilir, o cümlədən xəstə bitkilər müalicə olunur.

İstixanada yaradılan şəraitlə tanışlıqdan sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti “Yaşıl Marafon” layihəsi çərçivəsində bir milyonuncu ağacı əkdi.

Ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ümumilikdə bu ərazidə IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü tərəfindən 5 min ağac əkilib. Kampaniyaya böyüklərlə yanaşı, balacalar da qoşulmuşdu.

IDEA İctimai Birliyi ölkəmizin yaşıllaşdırılmasına xüsusi diqqət göstərir və nəticədə son 4 il ərzində Azərbaycanda 4 milyondan artıq müxtəlif növ ağac əkilib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yaradılmaqda olan IDEA ekoparkı ilə də tanış oldu, burada Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar üçün yaradılan şəraitlə maraqlandı.

IDEA İctimai Birliyi qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirini (“Qafqazın Böyük Beşliyi”) Qafqazda nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan növlər kimi müəyyən edib. Təşkilat nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində indiyədək bir sıra aksiyalar həyata keçirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında