Səbaildə “yaşıl marafon”un növbəti iməciliyi

Səbaillilər bu şənbə günü I Ümumrespublika yaşıllaşdırma marafonunun ikinci mərhələsi çərçivəsində 3-cü ağacəkmə aksiyası keçirmişlər. Rayon rəhbərliyinin, ərazidəki əksər kollektivin və xidmət təşkilatının iştirak etdiyi iməcilikdə 300 nəfərdən çox insan sürüşmə zonasından keçən Badamdar yolu və Bakının cənub-qərb çıxışı olan Salyan yolu boyunca böyük bir ərazidə 1000 ağac və 30000 gül kolu basdırmış, əvvəl əkilmiş 2000 tingə qulluq göstərmişlər.

Bu barədə məlumat verən Səbail RİH- in bölmə müdiri İsrafil Kərimov bildirdi ki, yaşıllıq salınan yerlərdə əvvəlcədən abadlaşdırma və təmizləmə işləri görülmüş, torpaq gübrələnmiş, su xətti çəkilmiş, əlavə olaraq su maşınları cəlb olunmuş, kifayət qədər ağac və gül kolu tədarük edilmişdi. Buna görə də iməcilik mütəşəkkil keçdi, nəzərdə tutulan ərazilərdə yeni yaşıllığın əsası qoyuldu. Əvvəllər olduğu kimi, bu dəfə də rayon rəhbərliyinin iməciliyə qoşulması, RİH- in başçısı Asif Əsgərovun işlərə yön və nizam verməsi, özünün də xeyli fidan basdırması ümumi fəallıq yaratdı.

Müsahibimiz daha sonra söylədi ki, iməciliklər zamanı biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, xarici ölkələrdən müxtəlif gül və ağac kolları da gətirilib basdırılır. Bu mövsümdə əkdiyimiz ağaclar sürüşmə təhlükəsi olan yamacları möhkəmləndirəcək, əraziyə təbii gözəllik gətirəcəkdir. Salyan yolu boyunca salınmış yaşıllıqlar, gözəl kompozisiyalar bu səmtdən paytaxtın girişinə füsunkar görkəm gətirir.

Səbail RİH- in bölmə müdiri sonda vurğuladı ki, rayon ərazisində əkilən çoxsaylı ağaclar və güllər, salınan yaşıllıqlar Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın ölkə ərazisini yaşıllıqlara bürümək çağırışına və ilk dəfə Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı Bakıda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə səbaillilərin layiqli töhfəsidir. Bu beynəlxalq yarışmanın bir sıra oyunları Səbail ərazisindəki Su idmanı sarayında, “Baku-sport-siti”də, Bakı idman sarayında keçiriləcək. Hazırda həmin ərazilərdə kompleks abadlıq və yaşıllıq tədbirləri sürətlə həyata keçirilir. Bu işlərə kömək məqsədilə rayonda yaz iməcilikləri davam etdiriləcək.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında