Suraxanıda “Yaşıl marafon” uğurla davam edir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ötən il başlamış birinci “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində ölkədə xeyli ağac və gül kolları əkilib. Bu layihə çərçivəsində görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir.

Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Suraxanı  indiyədək genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Rayon rəhbərliyi, idarə və təşkilatlar, təsərrüfat xidmətləri nümayəndələrinin iştirak etdikləri  növbəti   ağacəkmə aksiyası Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə küçəsinin ətrafında keçirilib. Aksiyada 250 nəfər iştirak edib, 500 kiparis  əkilib.  

Yeri gəlmişkən, hazırda  rayonun ekoloji vəziyyətinə xüsusi diqqət yetirilir. İndiyədək neftlə çirklənmiş torpaqlarda görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 2,3 hektar olan 24 gölməçə qurudulub, 12 hektar torpaq sahəsi bərpa edilib, 28 quyunun işçi meydançası və  ətrafı neft tullantılarından təmizlənib.

Getdikcə geniş vüsət alan ağacəkmə aksiysı nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir. Ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi daha da güclənir.

“Ümumrespublika yaşıllaşdırma marafonu”nun növbəti mərhələsində  rayonda 3 min 500 ağacın əkilməsi nəzərdə tutulub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında