Nəsimi rayonunda iməcilik keçirilmişdir

Ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşlıaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma marafonu” da son illər  bu sahəyə  verilən dəyərin göstəricisidir.

Keçən ilin noyabrında start götürmüş marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdir. Aksiya nəticəsində ölkəmizin ərazisində, ümumilikdə, bir milyondan artıq ağac əkilməsi nəzərdə tutulub.

Marafon çərçivəsində və Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı Nəsimi rayonunda həyata keçirilən yaşıllaşdırma, yenidənqurma və abadlıq işləri getdikcə vüsət alır.

Dünən keçirilmiş növbəti iməcilikdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev  və aparatın kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Həmin gün rayonun Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində, Səməd Vurğun və Hənifə Ələsgərov küçələrində 300-dən çox həmişəyaşıl ağac əkilmişdir.

Nəsimi rayonunda son illər  olaraq genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlərdə sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər. Rayonda yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji mühitin sağlamlaşdırılmasına və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlərin miqyası artır.

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında