Səbaillilərin “Ümumrespublika yaşıl marafonu”na növbəti töhfəsi

 “Yaşıl marafon”un bu il start veilimiş ikinci mərhələsi çərçivəsində paytaxtın Səbail rayonunda növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Rayon rəhbərliyinin, ayrı- ayrı kollektivlərin və təsərrüfat xidmətlərinin iştirak etdiyi iməcilikdə 500 nəfərdən çox adam Abbasqulu Abbaszadə küçəsi və Salyan yolunun cənub-qərb çıxışı boyunca böyük bir ərazidə 3000 fidan və 1000 gül kolu basdırmış, 1500 kvadratmetr sahəyə yaşıl ot qatı döşəmiş, əvvəl əkilmiş 4000 ağaca qulluq göstərmişdir.

Həmin ərazilərdə əvvəlcədən təmizlik- abadlaşdırma işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. Suvarma üçün maşınlar ayrılmış, su xətti çəkilmiş, dekorativ ağac və gül kolları alınmışdır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümumrayon iməciliyində iştirak edərək, ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini vermiş, özü də torpağa fidanlar basdırmış, ağacları suvarmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyaya, yaşlarının ahıl vaxtı olmasına baxmayaraq, Səbail rayonunun müharibə və əmək veteranları da fəal qoşulmuşlar. Bu iməcilikdə isə onlar Bayılda Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda ağac əkmiş, yaşıllığa qulluq etmişlər.

“Yaşıl marafon” çərçivəsində yol kənarlarında, məhəllələrdə, bağlarda yeni ağac və gül kolları əkilməsi ərazidə ekoloji tarazlığın bərpası, yaşıllıqların artırılması, şəhərin gözəlləşməsi ilə bağlı görülən işlərin davamı olmuşdur. Biomüxtəlifliyin zənginləşdiyilməsi məqsədilə xarici ölkələrdən yeni növ  tinglər gətirilmişdir.

Budəfəki iməcilik yaxınlaşmaqda olan İlk Avropa Oyunları ərəfəsində paytaxtımızın daha da gözəlləşməsinə səbaillilərin növbəti töhfəsi olmuşdur. Mövsüm ərzində rayonda belə aksiyalar davamlı olacaq.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında