“ADA” Universitetində Üçüncü Bahar Gənclik Festivalı

Martın 17-də “ADA” Universitetində “Coca-Cola” şirkəti ilə əməkdaşlıq çərçivəsində üçüncü Bahar gənclik festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə universitetin yaxınlığındakı Dədə Qorqud parkında ağacəkmə aksiyası keçirilib.

Tədbirdə “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov “Ağac əkək, təbiətə töhfə verək” layihəsi barədə məlumat verib. Bildirilib ki, ağacəkmə aksiyası “ADA” Universitetinin, “Coca-Cola” şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsinin bir hissəsidir. Ötən ilin fevralından başlanan layihə çərçivəsində səkkiz mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq daha 20 min ağacın əkilməsi nəzərdə tutulub.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel Novruz bayramı ərəfəsində ağacəkmə aksiyasının keçirilməsini yüksək dəyərləndirib. “ADA” Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihədə iştirakdan fərəh hissi duyduğunu söyləyib.

Sonra Dədə Qorqud parkında ağacəkmə aksiyası həyata keçirilib. Aksiyada “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, “Coca-Cola” şirkətinin nümayəndələri, tələbələr, “Bakı-2015" Avropa Oyunlarının səfirləri, Azərbaycan yığma komandasının üzvləri və paytaxt sakinləri iştirak ediblər.

Daha sonra “ADA” Universitetində Üçüncü Bahar Gənclik Festivalı keçirilib. Mindən artıq iştirakçının qatıldığı festivalda bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi və ilaxır çərşənbənin özünəməxsus adət-ənənələri nümayiş etdirilib.

“ADA” Universitetinin Bayraq Meydanında qurulan “Coca-Cola”səhnəsində bu ali məktəbin tələbələri əyləncəli bayram proqramı ilə çıxış edib, gənclər “Ən maraqlı xonça” müsabiqəsində yarışıb, respublikanın tanınmış incəsənət ustalarının ifasında mahnılar təqdim olunub.

Festivala Avropa Oyunları 2015-in səfirləri Tünzalə Ağayeva, Bəhram Bağırzadə, Azər Qərib və digər tanınmış simalar qatılıblar.  Bayram tədbirində “ADA” Universitetinin yerli və xarici tələbələri ilə yanaşı, Bakı və ətraf regionlardakı ümumtəhsil məktəblərinin şagirdləri də iştirak ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında