“Azərikimya” ekoloji məsələləri diqqətdə saxlayır

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində ətraf mühit problemlərinin həllinə həsr olunmuş mətbuat konfransı keçirilib.

 İB-nin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov mətbuat nümayəndələrinə son beş il ərzində “Azərikimya” İB-də ətraf mühitin sağlamlaşdırılması, ekoloji maarifləndirmə və ekoloji mədəniyyətin inkişafı istiqamətində aparılan işlər haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Sumqayıtın sənaye zonasında ekoloji böhran yaradan, yararsız avadanlıq və texnologiya ilə işləyən müəssisələrin istismarı Dövlət Neft Şirkəti tərəfindən mərhələli şəkildə dayandırılaraq demontaj olunmuş, həmin sex və istehsalatların ərazilərinin yararlı hala salınması üçün müvafiq tədbirlər görülmüşdür. Bakı-Quba yolunun ətrafında vaxtilə SAM zavodunun tullantıları ilə çirklənmiş geniş bir ərazidə təmizlik işləri aparılmış və sahə əkin üçün yararlı hala salınmışdır. Ümumilikdə, Sumqayıt sənaye zonasında və şəhərin müxtəlif yerlərində kimyaçılar tərəfindən 150 minə yaxın ağac və kol bitkisi əkilmişdir. İstehsal zamanı formalaşan müxtəlif tullantıların müasir tələblərə uyğun çeşidlənməsi, utilizasiyası, zərərsizləşdirilməsinə ciddi önəm verilmişdir. Bərk tullantıların zərərsizləşdirilməsi bağlanmiş müqavilə əsasında Sumqayıt Təmizlik Departamenti, ARDNŞ-in Tullantı Mərkəzləri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli tullantılar” poliqonu tərəfindən həyata keçirilir. 2010-cu ildən etibarən təkcə “Təhlükəli Tullantılar” poliqonuna 108 adda 579 tona yaxın müxtəlif növ kimyəvi tullantı daşınaraq zərərsizləşndirilib ki, bunun da 214,5 tonu ötən ilə təsadüf edir.

Mətbuat konfransında xüsusi olaraq vurğulanıb ki, bu gün atmosferə “Azərikimya” İB-nin müəssisələri tərəfindən şəhər sakinlərini narahat edə biləcək heç bir zərərli və zəhərli tullantı buraxılmır.

 Sonda jurnalistlərin  sualları cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib.

 Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında