Nəsimi rayonunda iməcilik keçirilmişdir

Son illər ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir, kampaniyalar aparılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma” marafonu da bu sahəyə verilən dəyərin bariz nümunəsidir. Noyabrın 5-də start verilmiş marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Aksiya nəticəsində ölkə ərazisində, ümumilikdə bir milyondan artıq müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Marafonla bağlı Nəsimi rayonunda aparılan yaşıllaşdırma kampaniyası mütəşəkkil surətdə davam edir. Dünən keçirilmiş növbəti iməcilikdə Nəsimi Rayon İcra Hakimiyyətinin kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Rayonun 20 Yanvar küçəsində baş tutan aksiya zamanı 100-dən çox həmişəyaşıl ağac əkilmişdir.

Nəsimi rayonunda son illər mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma, abadlıq və yenidənqurma işləri həyata keçirilir. Getdikcə artan bu  aksiyalarda sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər.  Bu işlər sayəsində rayon ərazisi abad, yaşıllıqlarla zəngin məkana çevrilmişdir. Yaşıllıq zolaqlarının genişlənməsinə və ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edən marafon çərçivəsində işlər rayonda getdikcə vüsət alır.

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında