“Yaşıl marafon”un ilk mərhələsində Xətai rayonunda 4750 ağac əkildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “I Ümumrespublika yaşllaşdırma marafonu” layihəsi çərçivəsində  bir milyon ağac əkmək təşəbbüsünün reallaşması istiqamətində işlər bütün ölkə boyu  davam etməkdədir.

Azərbaycanda bir milyon ağacın əkilməsi təşəbbüsünə ilk qoşulanlar sırasında olan Xətai Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun idarə və müəssisələrində çalışanlar və ictimaiyyətin nümayəndələri bu kampaniyada böyük həvəslə iştirak etdiklərini gerçək işləri ilə göstərirlər.

Noyabrın 27-də, “Ümumrespublika yaşllaşdırma”marafonu start götürəndən  sonra artıq dördüncü iməciliyinə çıxan rayon icra hakimiyyəti, idarə və müəssisələrin işçiləri gün ərzində 1200-dən yuxarı ağac əkmişlər.

Çiskinli payız günündə  səhər tezdən start götürən ağacəkmə kampaniyasında iştirak edən  Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov jurnalistlərə müsahibəsində bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin ideyalarından irəli gələn IDEA İctimai Birliyinin “Ümumrespublika yaşllaşdırma” layihəsi vaxtı ilə “Qara şəhər” adlanan bizim rayonda ekoloji mühitin sağlamlaşdırmasına çox böyük töhfə verəcək. Biz bu gün çıxdığımız iməcilikdə 1200-dən çox ağac əkməklə bütövlükdə “Yaşıl marafon” layihəsi çərçivəsində rayonun müxtəlif ərazilərində bir-neçə növdən olan ağacların sayını  4750-yə çatdırdıq. Amma bu son deyil.

İcra başçısı onu da qeyd etdi ki, ağac əkməklə işi bitmiş hesab etmək olmaz. İndi həmin ağaclara qulluq etmək lazımdır ki, layihənin yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ekoloji mühiti sağlamlaşdırmaqdan ibarət məqsədlərinə nail olaq. Ona görə də indi gündəlikdə ikinci bir məsələ durur — əkdiyimiz ağaclara vaxtlı-vaxtında qulluq göstərilsin,  isti yay günlərində onlar sulansın. Bu istiqamətdə də Xətai Rayon İcra hakimiyyəti müvafiq tədbirlər planı hazırlayır.

Rayon icra hakimiyyətindən bildirdilər ki, “I Ümumrespublika yaşllaşdırma marafonu” layihəsi kimi nəcib təşəbbüs çərçivəsində ağacəkmə kampaniyası  Xətai rayonunda növbəti mövsümlərdə də davam etdiriləcək.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto),

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında